Kremldən Türkiyədə baş verənlərə reaksiya - "Narahatıq..."
Rusiya Türkiyə hakimiyyətinin addımlarının ölkə daxilində harmoniya və sabitliyin əldə olunmasına gətirib çıxaracağını gözləyir.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Rusiyanın mövqeyi dəyişməz olaraq qalır, bu, Moskvanın dürüst ikitərəfli münasibətlərin qurulmasına dair fundamental baxışını əks etdirir. Ümid edirik ki, Türkiyə hakimiyyətinin atdığı addımlar həm ölkənin özündə, həm də onun hüdudlarından kənarda millətlərarası harmoniyaya nail olmaq və təhlükəsizlik vəziyyətinin sabitləşməsinə töhfə verəcək.
Türkiyə bizim mühüm qonşumuz, tərəfdaşımızdır, ona görə də orada baş verənlər bizi narahat etməyə bilməz. Bu ölkədə gedən proseslərin onun suveren işi olduğuna inanırıq. Ankaranın daxili siyasi vəziyyəti narahat edən məsələlərin həllinə yanaşmaları müstəqil müəyyənləşdirmək hüququna hörmət edirik”, - Rusiya rəsmisi bildirib.