Maskın qardaşı Trampa müraciət etdi – “Onu işdən qov”
Amerikalı milyarder İlon Maskın qardaşı Kimball Mask ABŞ prezidenti Donald Trampa öz ticarət müşavirini işdən çıxarması ilə bağlı müraciət edib
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Kimball Mask “X” sosial şəbəkəsində yazıb.
“Cənab prezident, əgər Piter Navarro sizə Ron Vare haqqında yalan danışıbsa, daha nələr barədə sizə yalan danışıb? Amerika hər şeydən öncədir. Onu işdən çıxarın!” – deyə Kimball Mask vurğulayıb.
Ron Vare haqqında danışarkən Kimball Mask prezident Donald Trampın ticarət müşaviri Piter Navarronun yaratdığı uydurma iqtisadçını nəzərdə tutub.
MSNBC-nin məlumatına görə, Navarro məhz mövcud olmayan Ron Vare adlı iqtisadçı adından Tramp administrasiyasına ölkənin ticarət tərəfdaşlarına irimiqyaslı tariflərin tətbiqini tövsiyə edib.
Qeyd edək ki, son vaxtlar İlon Musk və Peter Navarro arasında açıq münaqişə müşahidə olunur. Amerikalı milyarder ABŞ və Avropa arasında “sıfır tariflər”in tərəfdarı olduğundan Navarronun tənqidinə məruz qalmışdı.
Sonra Navarro bildirdi ki, Maskın “Tesla” şirkəti avtomobillər istehsal etmir, ancaq onları xarici komponentlərdən yığır. Buna cavab olaraq Mask onu “axmaq” adlandırdı.
Xatirə SADİQ