“Nazirin ölümü Rusiya elitasına xəbərdarlıqdır” – BBC News
Rusiya Nəqliyyat Nazirliyinin keçmiş rəhbəri naziri Roman Starovoytun ölümü Rusiya elitasına xəbərdarlıq oldu.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə BBC News-un redaktoru Stiv Rozenberqin məqaləsində deyilir.
Müəllif xatırladıb ki, keçmiş nazir əvvəllər Kursk vilayətinə rəhbərlik edib. Starovoytdan sonra həmin vəzifəni tutan şəxs isə Ukrayna ilə sərhəddə müdafiə qurğularının tikilməsi üçün ayrılmış, ən azı, 1 milyard rublun (12 milyon dollardan çox) oğurlanması işi üzrə həbs edilən Aleksey Smirnov olub. Rusiya mətbuatı yazıb ki, Smirnov bu işdə əsas müttəhimlərdən birinə çevrilə biləcək Starovoyta qarşı ifadə verib.
“O, yəqin ki, məhkəmə qarşısına çıxarılarsa, onilliklərlə həbs alacağından və ailəsinin çox əziyyət çəkəcəyindən qorxurdu. Ona görə də çıxış yolu yoxdur. Mən dərhal Stalinin nazirlərindən biri olan, 1937-ci ildə intihar edən Serqo Orconikidze barədə düşündüm. Çünki o, çıxış yolunun olmadığını hiss edirdi”, - deyə Nyu Yorkdakı beynəlxalq münasibətlər üzrə Yeni Məktəbin professoru Nina Xruşşova müəllifə açıqlamasında bildirib.
Rosenberg yazır ki, siyasi sistemin bir hissəsi olmağa can atan nazirlər, qubernatorlar və digər Rusiya məmurları üçün Starovoyla bağlı baş verənlər xəbərdarlıq olacaq.
“Əgər əvvəllər bu vəzifələri əldə etmək, varlanmaq, regional səviyyədən federal səviyyəyə yüksəlmək mümkün idisə, bu gün sağ qalmaq istəyirsinizsə, bu, o karyera yolu deyil. Və söhbət təkcə karyera yüksəlişindən deyil, həm də ölümlə başa çata biləcək enişdən gedir”, - deyə Xruşşova vurğulayıb.
Xatirə SADIQ