O da “Qarabağ”dan GEDİR - Avropa klubundan təklif var + FOTO
"Qarabağ" Emmanuel Addai ilə yollarını ayıracaq.
SAVASHMEDİA.az apasport-a istinadən xəbər verir ki, cari mövsümün sonunda müqaviləsi başa çatacaq qanalı vingerlə yeni sözləşmə ilə bağlı razılığa gəlmək olmur.
"Köhlən atlar" 24 yaşlı futbolçunu komandada saxlamaq niyyətindədir.
Lakin, o, azad agent kimi "Qarabağ"dan ayrılmaq istəyir. Buna səbəb Addainin Avropa klublarından aldığı təkliflərdir.
Xatırladaq ki, Addai 2024-cü ilin yayında İspaniyanın "Alkorkon" klubundan transfer olunmuşdu.
Qeyd edək ki, Emmanuel bu mövsüm "Qarabağ"ın heyətində bütün turnirlər daxil olmaqla 36 rəsmi matçda iştirak edib, dörd qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Fotoda: Emmanuel Addai