Onların da geyim forması DƏYİŞDİ - RƏSMİ

Penitensiar sistemin tibb xidmətində çalışan həqiqi qulluqçuların hüquqi statusu və məhkəmə ekspertizası əməkdaşlarının xüsusi geyim forması ilə bağlı dəyişikliklər təklif olunub.

Oct 16, 2026 - 14:33
Oct 16, 2026 - 14:33
Onların da geyim forması DƏYİŞDİ - RƏSMİ

SAVASHMEDİA.az xəbər verir ki, bu dəyişikliklər “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Təklifə əsasən, tibb xidmətində çalışan qulluqçuların hüquqi statusu hərbi qanunvericiliyə uyğun tənzimlənəcək. Dəyişikliklərin xidmət intizamını və əməkdaşların sosial-maddi vəziyyətini yaxşılaşdıracağı bildirilir.

Layihə birinci oxunuşda qəbul olunub.

Aytən