Pentaqondan Kiyevə xəyanət

Tramp administrasiyası Ukraynada pilotsuz təyyarələrlə mübarizə üçün istifadə edilən əsas texnologiyanı öz qoşunlarına yönləndirib.

Jun 5, 2025 - 15:48
Pentaqondan Kiyevə xəyanət

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Nəşr qeyd edib ki, Pentaqonun Ukraynaya hərbi dəstəyinin azaldığını göstərən bu addım ABŞ Konqresində qəzəb doğurub.

Bu o deməkdir ki, Ukrayna özü üçün əldə etdiyi partladıcıları artıq almayacaq, Ukrayna Silahlı Qüvvələri bu partladıcıları Rusiya pilotsuz təyyarələri ilə mübarizədə istifadə etdiyi raketlərə quraşdırır. Raket pilotsuz təyyarəyə yaxınlaşdıqda partladıcı döyüş başlığını aktivləşdirir və onu vurur. 

WSJ xəbər verir ki, may ayında müdafiə naziri Pit Heqset daxili sənəddə komandanlığın silah tələblərinə cavabdeh olan departament ofisinə partladıcılarla ABŞ Hərbi Hava Qüvvələrini təmin etmək səlahiyyəti verib. Halbuki onlar əvvəlcədən Ukrayna üçün alınıb. Keçən həftə isə Pentaqon səssizcə Senatın Silahlı Qüvvələr Komitəsinə bu partlayıcıların Yaxın Şərqdəki bölmələrə ayrılacağı barədə xəbərdarlıq edib. Bunun zəruriliyi “müdafiə naziri tərəfindən müəyyən edilmiş təcili problem”lə əlaqələndirilib. 

Lakin bu qərar Ukraynanın Konqresdəki tərəfdarları arasında narahatlıq yaradıb. Onlar iddia ediblər ki, Pentaqon bu addımın Ukraynanın müdafiəsinə necə təsir edəcəyini və ya Hərbi Hava Qüvvələrinin partladıcılara nə qədər təcili ehtiyacı olduğunu izah edə bilməyib. 

“Müharibənin mühüm məqamında Ukraynanın zəruri silahı verməkdən imtina etmək ağlasığmazdır. Belə addıma zəruriliyi izah etmək bacarıqsızlığı isə belə fikir yaradır ki, o cəza kimi hesab oluna bilər”, - deyə demokrat-senatorun köməkçisi WSJ-yə vurğulayıb.

Xatirə SADİQ