“Rusiyanın avantürüst kampaniyasını ifşa etdik”
Vladimir Putinin Ukraynaya qarşı törətdiyi müharibəni müşayiət etmək məqsədilə Rusiya Avropada son dərəcə intensiv təxribat kampaniyasına başlayıb.
SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu Parisdə çıxış edərkən Britaniya kəşfiyyatının rəhbəri Riçard Mur bildirib.
“Putin və onun yaxınları Ukraynaya yardımın nəticələri ilə bağlı qorxunu artırmaq məqsədilə nüvə silahı ilə meydan oxumağa əl atarkən, biz bu yaxınlarda Rusiyanın Avropada heyrətamiz dərəcədə avantürüst kampaniyasını ifşa etdik”, - deyə Mur vurğulayıb.
Murun sözlərinə görə, Putinin ekspansionist məqsədlərinə çatmaq cəhdindən əl çəkəcəyini gözləmir.
“Əgər Ukraynanı vassal dövlətə çevirmək üçün Putinə uğur qazanmağa imkan verilsə, o, bununla kifayətlənməyəcək. Biz şübhə etmirik ki, ukraynalı dostlarımızın qalib gəlmək iradəsi var”, - deyə MI6 rəhbəri əlavə edib.
Xatırladaq ki, Britaniya Təhlükəsizlik Xidmətinin (MI5) direktoru Ken Makkallum əvvəllər xəbərdarlıq etmişdi ki, Rusiya təxribat yolu ilə Böyük Britaniyada və bütün Avropada xaosun hökm sürməsini təmin etməyə çalışır.
Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra 750-dən çox rusiyalı diplomatın Avropadan və bu ilin əvvəlində sonuncu rus hərbi kəşfiyyat zabitinin Britaniyadan qovulmasına baxmayaraq, Makkallum Rusiya hökumət rəsmilərinin öz səlahiyyətlərində olan güclərdən istifadə etməyə çalışdıqları gözə çarpır.
“Xüsusilə, Baş Kəşfiyyat İdarəsinin (QRU) Britaniya və Avropa küçələrində xaos doğurmaq üzrə daimi missiyası var: biz yanğın, təxribat və daha çox şey görürük. Təhlükəli fəaliyyətlər artan ağılsızlıqla həyata keçirilir” deyə o, izah edib.
Xatirə SADİQ