Putin Ermənistana xəbərdarlıq etdi - AİB-dən çıxsalar...
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxacağı halda iki ölkə arasında iqtisadi münasibətlərdə ciddi dəyişikliklərin qaçılmaz olacağını bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, Putin jurnalistlərə açıqlamasında Ermənistanın AİB-dən ayrılmasının nəqliyyat və yükdaşıma sahəsində yeni məhdudiyyətlər yaradacağını deyib.
Onun sözlərinə görə, belə bir vəziyyətdə Ermənistan avtomobil daşıyıcıları üçün icazə sistemi yenidən tətbiq ediləcək.
Rusiya lideri həmçinin qeyd edib ki, Ermənistan AİB-dən çıxarsa, Rusiya daxilində dəmir yolu ilə yükdaşımaların tarifləri də MDB ölkələri üçün nəzərdə tutulan səviyyəyə qaldırılmalı olacaq.
Putin vurğulayıb ki, bu məsələ iki ölkə arasında əməkdaşlığın ən mürəkkəb istiqamətlərindən biri hesab olunur.
Oğuz