Putin Rumıniyada binaya çırpılan PUA-dan DANIŞDI 

Rusiya Prezidenti Vladimir Putin Rumıniyada binaya düşən PUA ilə bağlı vəziyyətdən xəbərdar olduğunu, lakin həmin dronun növünün dəqiq bilinmədiyini deyib.

May 29, 2026 - 22:02
Putin Rumıniyada binaya çırpılan PUA-dan DANIŞDI 

SAVASHMEDİA.az xəbər verir ki, Kreml rəhbəri hadisənin Ukrayna PUA-sı ilə bağlı ola biləcəyini iddia edib və obyektiv məlumat təqdim olunarsa, Rusiyanın da araşdırma aparmağa hazır olduğunu açıqlayıb. 

O, Ukrayna dronlarının əvvəl də bir sıra Avropa ölkələrinin hava məkanına daxil olduğunu xatırladıb.

Qeyd edək ki, PUA Rumıniyada bir yaşayış binasına düşüb və hücumun Rusiya tərəfindən həyata keçirildiyi açıqlanıb.

Səlcuq