Rusiyadan Azər Badamov açıqlaması - Niyə deport edilib?

Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Rusiya Federasiyasına girişinə icazə verilməməsinə səbəb onun dəfələrlə anti-Rusiya və rusofobik açıqlamaları olub. 

May 5, 2025 - 18:51
Rusiyadan Azər Badamov açıqlaması - Niyə deport edilib?

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə TASS-a Rusiya hökumətindəki mənbə bildirib.

Onun sözlərinə görə, 2025-ci il mayın 4-də Azərbaycan Milli Məclisinin deputatı Badamov Rusiya ərazisinə buraxılmayıb. 

"Azər Badamovun Rusiya Federasiyasının "Rusiya Federasiyasından çıxmaq və Rusiya Federasiyasına daxil olma qaydası haqqında" Federal Qanununun 26 və 27-ci maddələrinə uyğun olaraq Rusiyaya buraxılmasına icazə verilmir. Buna əsas kimi Milli Məclisin deputatının dəfələrlə anti-Rusiya və rusofobik bəyanatlar verməsi göstərilir", - mənbə bildirib.

O vurğulayıb ki, Badamova qarşı görülən tədbirlər “şəxsi xarakter daşıyır” və “Rusiya tərəfinin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdirilməsi ilə bağlı dəyişməz öhdəliyinə” təsir göstərmir.

Oğuz