"Sizə neft də yoxdur, pul da..." - Tramp kimə hirslənib?

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Kubanı təhdid etməyə başlayıb.

Jan 11, 2026 - 22:13
"Sizə neft də yoxdur, pul da..." - Tramp kimə hirslənib?

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə o, "Truth" sosial şəbəkə hesabında paylaşım edib.

"Kuba uzun illər Venesueladan gələn külli miqdarda neft və pul sayəsində yaşayıb. Bunun müqabilində son iki Venesuela diktatoruna təhlükəsizlik xidmətləri göstərib, amma artıq bu bitdi. Venesuelanı qorumaq üçün indi dünyanın ən güclü ordusu olan ABŞ var. Biz onu qoruyacağıq. Kuba üçün artıq nə neft var, nə də pul. Çox gec olmamış razılığa gəlməyi məsləhət görürəm", - deyə Tramp qeyd edib.

Oğuz