Uitkoffla Araqçı İslamabadda əlbəyaxa olub - ŞOK TƏFƏRRÜAT

Pakistanın paytaxtı İslamabadda keçirilən ABŞ-İran danışıqları gözlənildiyi kimi sakit keçməyib. 

Apr 12, 2026 - 14:23
Apr 12, 2026 - 14:41
Uitkoffla Araqçı İslamabadda əlbəyaxa olub - ŞOK TƏFƏRRÜAT

SAVASHMEDİA.az xəbər verir ki, görüşlə bağlı daxil olan kulis məlumatları danışıqların kifayət qədər sərt tonda keçdiyini düşünmək üçün əsaslar yaradır.

Bu baxımdan türkiyəli jurnalist Çetiner Çetinin İslamabad görüşündə baş verənlərlə bağlı açıqlaması diqqət çəkib.

Jurnalistin iddiasına görə, İranın xarici işlər naziri Abbas Araqçı ilə ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff arasında yaşanan gərginliyin əlbəyaxa davaya çevrilmək təhlükəsi real olub:

“Danışıqlar zamanı elə anlar oldu ki, tərəflər arasında vəziyyət az qala fiziki qarşıdurmaya çevriləcəkdi. Abbas Araqçı ilə Stiv Uitkoff az qala əlbəyaxa olacaqdı".

Məlumata görə, gərginliyin səbəbi strateji əhəmiyyət daşıyan Hörmüz boğazı ilə bağlı müzakirələr zamanı tərəflərin əsəblərinə hakim ola bilməməsi olub.

İran boğaz üzərində daha geniş nəzarət tələb edib, ABŞ isə buna sərt şəkildə qarşı çıxıb. Bu isə tərəflər arasında fiziki qarşıdurmaya səbəb ola biləcək gərginlik yaradıb.

Bütün bunlara baxmayaraq, İran XİN görüşün “normal keçdiyini” və müəyyən məsələlərdə razılaşma əldə olunduğunu bildirib.

Amma ortaya çıxan bu detallar göstərir ki, rəsmi bəyanatlar diplomatik görüntünü qorumağa hesablanıb, reallıq isə daha gərgin və risklidir.

Oğuz