Saranla intim yazışmaları yayılan o qadın - Ərdoğanın müşavirinin qardaşı qızı imiş + FOTOLAR 

İstanbul Baş Prokurorluğunun başlatdığı narkotik istintaqı çərçivəsində saxlanılan aparıcı Ela Rümeysa Cebeci məşhur mühafizəkar siyasətçinin qardaşı qızı imiş.

Dec 27, 2025 - 15:35
Saranla intim yazışmaları yayılan o qadın - Ərdoğanın müşavirinin qardaşı qızı imiş + FOTOLAR 

SAVASHMEDİA.az “Sözcü”yə istinadən xəbər verir ki, E.R. Cebecinin əmisi Hamza Cebeci Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri və Darülaceze sədridir. 

Məlumata görə, Hamza Cebeci 1999-cu ildə Düzcə zəlzələsində dağılan və 20 nəfərin həlak olduğu binanın podratçısı olub. Ona “təhlükəli şəkildə bina inşa edərək ölümə səbəb olmaq” ittihamı ilə 10 ay həbs cəzası verilib. Bu hadisədən 5 il sonra aktiv siyasətə qayıdıb. 

Fotoda: Hamza Cebeci və Ərdoğan

2004-cü ildə AKP-dən Üsküdar rayon məclis üzvü seçilib. Bir müddət sonra İstanbul Böyükşəhər Bələdiyyə Şurasının Rayonlaşdırma Komissiyasının üzvü olub. 2015-ci ildən Darülaceze sədri, 2020-ci ildən isə Türkiyə prezidentinin müşaviri təyin olunub.

Qeyd edək ki, “Habertürk”ün sabiq baş redaktoru, jurnalist Mehmet Akif Ersoy və kanalın aparıcısı Ela Rümeysa Cebeci İstanbul Baş Prokurorluğunun apardığı narkotik vasitələrlə bağlı istintaq çərçivəsində saxlanılıb.

İddialara görə, Ersoy Cebecini və kanalın bir neçə başqa qadın aparıcısını iş adamları və bürokratlarla görüşdürüb. Narkotik və qrup seks gecələri təşkil edib. Bir neçə gün öncə isə Ela Rümeysa Cebecinin “Fənərbağça”nın prezidenti Sadettin Saranla intim yazışmaları yayılıb.

Banu

Sadettin Saranla Ela Rümeysa Cebecinin mesajları