Alimentin ödənilməsinə hansı səbəblərə görə xitam verilir? – Qanunda 5 hal nəzərdə tutulub

Boşanmaların artması öz növbəsində aliment mübahisələrini də aktuallaşdırıb. Aliment ödənişinin dayandırılması və ya yubadılmasına görə həbslərin çoxalması isə ayrıca problemdir.

Nov 13, 2024 - 15:35
Nov 13, 2024 - 15:46
Alimentin ödənilməsinə hansı səbəblərə görə xitam verilir? – Qanunda 5 hal nəzərdə tutulub

Maraqlıdır, alimentin ödənilməsi hansı hallarda dayandırlır. Qanunvericilik bu barədə nə deyir?   

SAVASHMEDİA.az-ın əməkdaşı mövzunu araşdırıb.

Qanunvericiliyə görə, məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir:

1) uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə;

2) aliment ödənilən uşaq övladlığa götürüldükdə;

3)aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda;

4) aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə;

5) əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda alimentin verilməsinə xitam verilir".

Bundan əlavə, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

Səlcuq