Amaravati, amaravati, çandrika - "Sehrli xalat" filmindəki sözlər hansı dildədir?

SSRİ-nin ən uğurlu uşaq filmlərindən biri sayılan, 1964-cü ildə lentə alınmış  "Sehrli xalat" filmi bu gün də maraqla izlənilir.

Feb 22, 2025 - 23:04
Amaravati, amaravati, çandrika - "Sehrli xalat" filmindəki sözlər hansı dildədir?

Filmdə uşaqlar illüziyaçı İo Kio babaının vasitəsilə sehr dünyasına səyahət edir, nağıllar aləminin sevincini, marağını birgə yaşayırlar.

Amma filmdə İo Kio babanın dilindən eşitdiyimiz bəzi sözlərin hansı dildə olduğunu və mənasını çoxları bilmir.

SAVASHMEDİA.az uşaqlıqdan əzbərlədiyimiz, qədim sanksrit dilindəki həmin sözlərin mənalarını təqdim edir. 

Beləliklə...

1) “Amaravati” (अमरवती): Svarqanın (tanrı İndranın səltənəti) paytaxtıdır. Bəzi mənbələrdə “ölümsüzlər diyarı” kimi tərcümə olunaraq “cənnət” mənasında da işlənir.

2) “Çandrika” (चन्द्रिका): Çandra hinduizmdə ay tanrısıdır. Sözün özü tam formada “ay işığı”, “ay parıltısı” mənalarını verir. 

3) “Kintamani” (किन्तमानि): çintamani buddizm və hinduizmdə sahibinin bütün arzularını yerinə yetirən sehrli daş və ya kristaldır. 

4) “Ayravana” (ऐरावण): tanrı İndranın ağ filinin adıdır, bəzən “Ayravata” kimi də işlənir.
5) “İşvara” (ईश्वर): “tanrı” deməkdir.

6) “Çitrakuta” (चित्तकूट): Hindistanın Madhya-Pradeş ştatında hinduist ziyarətgahıdır. Adı “çox möcüzələr təpəsi” kimi tərcümə olunur. 

Yağmur