Tramp Rusiya ilə danışıqların yerini və tarixini elan etdi

ABŞ prezidenti Donald Tramp fevralın 25-də Vaşinqton və Moskva arasında danışıqların yeni mərhələsinin baş tutacağını elan edib. 

Feb 22, 2025 - 22:03
Tramp Rusiya ilə danışıqların yerini və tarixini elan etdi

SAVASHMEDİA.az xəbər verir ki, Tramp növbəti danışıqların da Səudiyyə Ərəbistanında baş tutacağını deyib.

Xatırladaq ki, ABŞ və Rusiya yüksək səviyyəli nümayəndə heyətlərinin Ər-Riyadda görüşü fevralın 18-də baş tutub. Ukrayna nümayəndələri orada iştirak etməyiblər. 

Ukrayna prezidenti Volodimir Zelenski bu danışıqların nəticələrini əvvəlcədən tanımaqdan imtina edib və Səudiyyə Ərəbistanına planlaşdırılan səfərini mart ayına qədər təxirə salıb.

Oğuz