Braziliya prezidenti mərc oyunlarını LƏĞV ETDİ - "Ölkəni məhv edəcəkdi..." 

Braziliya prezidenti Lula da Silva ölkədə onlayn mərc oyunlarının qadağan edilməsi ilə bağlı qərarın səbəblərini açıqlayıb.

Sep 30, 2026 - 20:23
Braziliya prezidenti mərc oyunlarını LƏĞV ETDİ - "Ölkəni məhv edəcəkdi..." 

SAVASHMEDİA.az xəbər verir ki, Lulanın sözlərinə görə, hökumət əvvəlcə mərc platformalarını tənzimləməyə çalışıb, lakin bunun nəticə vermədiyini görüb.

“Mərc oyunlarını tənzimləməyə çalışdıq. Demişdim ki, tənzimləyəcəyik, alınmasa, bağlayacağam. Tənzimləndi, amma alınmadı, ona görə də bağladıq”, - Lula deyib.

Prezident qərarının səbəbini daha sərt ifadə ilə də izah edib:

“Ya mərc oyunları Braziliyanı məhv edəcəkdi, ya da biz onu ləğv edəcəkdik. Mən ikincini etmək qərarı verdim”.

Xatırladaq ki, Lula bu haqda 25 sentyabrda sərəncam verib və qərar dərhal qüvvəyə minib. Lakin tədbirin qüvvədə qalması üçün Braziliya Konqresinin təsdiqi tələb olunur.

Oğuz