Prezident ona general rütbəsi verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sep 28, 2026 - 11:49
Prezident ona general rütbəsi verdi

SAVASHMEDİA.az -ın məlumatına görə, Sərəncamla Nihad Ənvər oğlu Şıxəliyevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.

O, 2025-ci ilin iyulundan Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsini tutur.

Daha əvvəl isə Hərbi Prokurorluğun Ərizə və müraciətlər şöbəsinin rəisi olub.