Saakaşvili onu "biabırçı qadın" adlandırdı - "O, əsl düşməndir"

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sabiq prezident Salome Zurabişvili barədə sərt açıqlama verib.

Aug 14, 2026 - 21:53
Saakaşvili onu "biabırçı qadın" adlandırdı - "O, əsl düşməndir"

SAVASHMEDIA.az xəbər verir ki, Saakaşvili sosial şəbəkədəki paylaşımında Zurabişvilini “biabırçı qadın” və “Gürcüstanın əsl düşməni” adlandırıb.

O, Zurabişvilinin bir müddət əvvəl müxalifət tərəfindən “qeyd-şərtsiz lider” və “gürcü xalqının xilaskarı” kimi təqdim edilməsini də tənqid edib.

Saakaşvili 2008-ci il Rusiya-Gürcüstan müharibəsinə toxunaraq Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə istinad edib və Gürcüstan tərəfinin müharibə qanunlarını pozmadığını iddia edib.

Keçmiş prezident həmçinin Zurabişvilinin illər əvvəl səsləndirdiyi “Biz öz əhalimizi bombaladıq” ifadəsini xatırladıb.

Aytən