Ağamalının Almaniyadakı ailəsindən xəbər var - İqor oğlunun adını Fəzail qoyub, arzusu isə...
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının nikahdankənar oğlu ilə bağlı yeni xəbər var.
SAVASHMEDİA.az xatırladır ki, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ailədə İqor çağırılan İlqar adlı nikahdankənar oğlunun olduğunu etiraf etmişdi.
Məlumata görə, Fəzail Ağamalının İra adlı sevgilisi və oğlu İlqar 1999-cu ildə Rusiyanın Sankt-Peterburq vilayətinə köçüb, daha sonra isə Almaniyada məskunlaşıblar.
Fəzail Ağamalı bununla bağlı açıqlamasında oğlu İlqar Ağamalıyev və sevgilisi İra xanımla 15-20 ildir ki, əlaqəsinin olmadığını demişdi.
CityPost.az saytı isə Almaniyadakı mənbəyi vasitəsilə Fəzail Ağamalının qeyri-rəsmi ailəsi ilə əlaqə saxlayıb, bir sıra detallara aydınlıq gətirib.
Bəlli olub ki, oğul İlqar Ağamalıyev ali təhsil aldıqdan sonra Almaniyanın Hamburq şəhərində yaşayır və orada biznes fəaliyyəti ilə məşğuldur. Onun anası İra xanım isə Azərbaycanda yaşayarkən Elmlər Akademiyasında çalışıb və hazırda evdar qadındır.
İlqar Ağamalıyev Natalya adlı rus xanımla evlidir. Onun Fəzail və Boris adlı iki övladı var.
Fəzail Ağamalının Almaniyadakı nəvələri 12 və 14 yaşındadırlar. Nəvələrin arzusu isə babaları Fəzail Ağamalını görmək və onunla tanış olmaqdır.
Nəvələr Fəzail babaya salam göndərib, ona uzun ömür, siyasi fəaliyyətində uğurlar arzu ediblər.