Ata Abdullayev azadlığa çıxır - Ailəsindən AÇIQLAMA

Bloqer Ata Abdullayev azadlığa çıxır.

Feb 13, 2026 - 15:58
Ata Abdullayev azadlığa çıxır - Ailəsindən AÇIQLAMA

SAVASHMEDİA.az  xəbər verir ki, 2021-ci ildə həbs edilərək 7 il müddətinə azadlıqdan məhrum edilən Ata Abdullayev barəsində məhkəmənin hökmü dəyişdirilib. 

Məsələ ilə bağlı Milli.Az Ata Abdullayevin ailəsi ilə əlaqə saxlayıb. A.Abdullayevin ailəsindən bildirilib ki, bu məsələ var, amma hələ ki, onu sərbəst buraxmayıblar.

Qeyd edək ki, A.Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə)  maddəsi ilə ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilmişdi. 

Faktla bağlı ilk məlumat baku.es saytında yayımlanıb.