Bu universitetin rektoru Ramiz Mehdiyevin gəlininə vəzifə veribmiş

Prezident Adminstrasiyasının keçmiş rəhbəri və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsi onun yaxın ətrafını da diqqət mərkəzinə gəlib. 

Oct 17, 2025 - 21:31
Bu universitetin rektoru Ramiz Mehdiyevin gəlininə vəzifə veribmiş

Bir neçə gündür ki, media Ramiz Mehdiyevin oğlunun, qızının, qardaşı oğlunun və digər yaxınlarının yüksək vəzifələrdə təmsil olunması ilə bağlı məlumatlar yayır. 

SAVASHMEDİA.az xəbər verir ki, qaynarinfo-ya da bununla bağlı maraqlı məlumatlar daxil olub. Həmin məlumatlardan aydın olur ki, Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva yalnız "Bank BTB"nin əsas payçısı olaraq biznes fəaliyyəti ilə məşğul deyil. O, həm də Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya klinikasında yüksək vəzifə tutur. Nigar Mehdiyeva klinikanın müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri, bölmə rəhbəri vəzifəsində çalışır. 

Nigar Mehdiyeva 1993-1999-cu illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda (indiki ATU) təhsil alıb. Məlumatlarda iddia edilir ki, onun bir həkim kimi karyera yüksəlişində ATU-nun keçmiş rektoru Əhliman Əmiraslanovun müstəsna rolu olub. Hətta onun dosent adı alması da keçmiş rektorun dəstəyi ilə baş tutub.