Canına qıyan məktəbli qızı sinif yoldaşları ələ salırmış - FOTOSU + DETALLAR
Biləsuvarda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.
SAVASHMEDİA.az istinadən xəbər verir ki, özünü öldürən Simuzər Heydərova 11-ci sinif şagirdi olub.
Onun məktəbdə bullinqə məruz qaldığı iddia edilib. Qeyd edilib ki, Simuzər sinif yoldaşları tərəfindən ələ salınırmış. O, dərslərində kifayət qədər yaxşı nəticə göstərib.
Qeyd edək ki, hadisə 8 fevral gecə saatlarında məcburi köçkünlər üçün tikilən 6 saylı qəsəbədə baş verib.
17 yaşlı Simuzər Yaşar qızı Heydərova yaşadığı evin həyətində özünü asıb.
Oxu.az-a məlum olub ki, Simuzər Heydərova Cəbrayıl rayon Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbinin şagirdi imiş.
O, 1993-cü ilin 15 avqustunda torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Zaur Muxtar oğlu Heydərovun ailə üzvüdür.
Simuzər Heydərovanın fotosunu təqdim edirik:
Fotoda Simuzər Heydərova