Əli Həsənovun qızı Dubayda BAHALI MAĞAZA AÇDI
Əli Həsənovun qızı Dubayda bahalı mağaza açıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Onun sözlərinə görə, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı, deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı bu il Dubayın Jumeirah ərazisində yerləşən First Avenue Mall-da qızıl-zinət və bahalı aksessuarlar mağazası açıb.
Jurnalist mağazanın 1500 kvadratmetr sahəyə malik olduğunu bildirib.
Onun məlumatına görə, burada satışa çıxarılan brend çantalar, bahalı saatlar və zinət əşyalarının ümumi dəyəri 3 milyon dollardan çoxdur.
Oğuz
Fotoda Safiyə Mehbalı