“Fənərbaxça” oyunu ilə bağlı QƏRAR - “Turan Tovuz” QAZANCI BAĞIŞLAYACAQ

Oktyabrın 3-də Bakıda keçiriləcək “Turan Tovuz” – “Fənərbaxça” yoldaşlıq oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Sep 28, 2026 - 16:49
Sep 28, 2026 - 17:01
“Fənərbaxça” oyunu ilə bağlı QƏRAR - “Turan Tovuz” QAZANCI BAĞIŞLAYACAQ

SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı Qarabağ Dirçəliş Fondu ilə “Turan Tovuz” PFK arasında Anlaşma Memorandumu imzalanıb.

Toplanan vəsait işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və regionun dayanıqlı inkişafı layihələrinə yönəldiləcək.

Qeyd edək ki, “Turan Tovuz” və “Fənərbaxça” 1994-cü ildə UEFA Kubokunda qarşılaşıblar. Komandalar 32 ildən sonra bu dəfə Bakıda yenidən üz-üzə gələcəklər.

Qarşılaşma oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Oğuz