Güllünün qızı ölkədən qaçarkən saxlanıldı - DETALLAR

Türkiyənin əfsanəvi müğənnisi Güllünün ölümü ilə bağlı aparılan istintaq çərçivəsində qızı Tuğyan Ülkem Gülter saxlanılıb.

Dec 10, 2025 - 12:45
Güllünün qızı ölkədən qaçarkən saxlanıldı - DETALLAR

SAVASHMEDİA.az xəbər verir ki, anasını öldürməsinə dair əsaslı şübhələr olan T.U. Gülter ölkədən qaçmaq istəyərkən yaxalanıb.

Məlumata görə, polis bir müddətdir Gülterin İstanbul Büyükçekmecede qaldığı evi izləyib. Ötən gün isə onun ölkədən qaçacağına dair şübhəli hərəkətlər qeydə alınıb. Polis onu və birgə qaldığı rəfiqəsi Sultan Nur Ulunu saxlayıb. Onlar Yalova şəhərinə aparılıblar. Orada tibbi müayinədən keçiriliblər. Daha sonra isə ifadə vermələri üçün Yalova bölgə polis şöbəsinə təhvil veriliblər.

Qeyd edək ki, Güllünün İstanbulda çıxış etdiyi məkanlardan birinin sahibi Ferdi Aydın müğənninin öldürüldüyündən şübhələndiyini bildirən ilk şəxs olub. Onun səyləri nəticəsində Güllünün ailə dostu Bircan Dülger ifadə verərək Güllünü qızı Tuğyan Ülkem Gülterin qətlə yetirdiyinə dair faktları açıqlayıb. O bildirib ki, qızı Gülünü illərdir öldürməyi düşünüb, hətta bunun üçün planlar qurub, onu uçurumdan atmaq, muzdlu qatil tutmaq istəyib. Güllünün həyatını itirdiyi gün isə Tuğyanın evdəki dəlilləri ortadan götürdüyünü bildirib.

Xatırladaq ki, müğənni Güllü (Gül Tut) sentyabrın 26-da Yalovada yaşadığı binanın 6-cı mərtəbəsindən düşərək həyatını itirib. Övladları verdikləri ifadədə analarının qaraçı rəqsi edərkən sürüşərək açıq olan pəncərədən yıxıldığını deyiblər.

Banu