İki qarpıza görə şikayət edən deputat nə qədər MAAŞ alır? - MƏBLƏĞ

Milli Məclisin deputatı Fəzail İbrahimlinin içi ağ çıxan və ümumi dəyəri 7-8 manat olduğu ehtimal edilən iki qarpıza görə satıcıdan şikayət etməsi gündəmin əsas mövzularından birinə çevrilib.

Sep 28, 2026 - 00:03
İki qarpıza görə şikayət edən deputat nə qədər MAAŞ alır? - MƏBLƏĞ

SAVASHMEDİA.az xəbər verir ki, hadisədən sonra deputatın aylıq maaşının nə qədər olduğu da maraq doğurur.

Xatırladaq ki, 2026-cı il yanvarın 1-dən Milli Məclis deputatlarının aylıq vəzifə maaşları artırılıb və adi deputat üçün müəyyən edilən məbləğ 9 min manatdır.

Beləliklə, aylıq 9 min manat olmaqla Fəzail İbrahimlinin illik qazancı 108 min manat təşkil edir. Amma onun qazancı bununla yekunlaşmır. Belə ki,  qanunvericilikdə deputatlara nümayəndəlik səlahiyyətlərinin həyata keçirilməsinə görə ildə iki aylıq vəzifə maaşı həcmində müavinət nəzərdə tutulur. Bu da əlavə olaraq ildə 18 min manat deməkdir.

Nəticədə deputatın həmin müavinətlə birlikdə illik maaşı 126 min manat təşkil edir.

Oğuz