İran Xamenei ilə belə vidalaşır - İlk görüntülər yayıldı (VİDEO)

İranın sabiq Ali Rəhbəri Ayətullah Əli Xameneinin cənazəsi ilə vida mərasiminin hazırlıqlarına start verilib.

Jun 30, 2026 - 12:43
İran Xamenei ilə belə vidalaşır - İlk görüntülər yayıldı (VİDEO)

SAVASHMEDİA.az xəbər verir ki, b gün vida mərasiminin təşkil olunacağı məkandan ilk görüntülər yayılıb. 

Görüntülərdə mərasim üçün hazırlıq işlərinin başa çatdırıldığı, təhlükəsizlik tədbirlərinin gücləndirildiyi və ziyarətçilərin qəbuluna hazırlıq görüldüyü müşahidə olunur.

İran dövlət mediasının məlumatına görə, vida mərasimləri əvvəlcə paytaxt Tehran şəhərində keçiriləcək. Daha sonra Qum şəhərində davam edəcək. Yekun mərasim isə iyulun 9-da Xameneinin doğulduğu Məşhəd şəhərində baş tutacaq.

Ayətullah Əli Xamenei Məşhəddə yerləşən İmam Rza ziyarətgahı yaxınlığında dəfn ediləcək. Mərasimlərdə ölkənin yüksək vəzifəli şəxslərinin, din xadimlərinin və xarici nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Ayətullah Əli Xameneinin dəfni əvvəlcə mart ayında planlaşdırılsa da, ölkədə yaranmış təhlükəsizlik vəziyyəti və davam edən hərbi gərginlik səbəbindən bir neçə dəfə təxirə salınmışdı. İran hakimiyyəti daha sonra mərasimlərin iyulun 4-9-u tarixlərində keçiriləcəyini rəsmən açıqlayıb.

Oğuz