Millimizin futbolçusu ilə bağlı cinayət işi açıldı - RƏSMİ

Azərbaycan millisinin futbolçusu Mert Çelik mərc oyunlarında iştirakda ittiham olunur.

Nov 10, 2025 - 22:05
Millimizin futbolçusu ilə bağlı cinayət işi açıldı - RƏSMİ

Hazırda “Sivasspor”un şərəfini qoruyan futbolçunun adı Türkiyə Futbol Federasiyasının mərc oyunlarında iştiraka görə Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərdiyi siyahıda var.

Çelik barəsində cinayət işi açılıb. O, istintaq bitənə qədər futboldan uzaqlaşdırılıb.

Qeyd edək ki, Mert Çelik Azərbaycan millisinin heyətində bir oyun keçirib. O, bu il Belarusla (0:2) keçirilən yoxlama matçında iştirak edib. Çelik daha öncə Azərbaycanın U-21 yığması, “Neftçi” və “Səbail”də də çıxış edib. (teleqraf)