"Onlar nə deyirsə, mən onu edirəm" - Trampdan ETİRAF
ABŞ Prezidenti Donald Tramp Türkiyədən qayıdarkən prezident təyyarəsindən başqa hərbi təyyarəyə keçdiyini təsdiqləyib.
SAVASHMEDİA.az xəbər verir ki, Trampın sözlərinə görə, bu qərarı ABŞ Məxfi Xidməti və hərbçilər verib. Buna səbəb mümkün təhlükə olub.
“Mən Məxfi Xidmətə və hərbçilərə qulaq asıram. Onlar başqa təyyarəyə keçməyimi istədilər. Mən də onların dediyini etdim. Onlar nə deyirsə, mən də onu edirəm. Düşünürəm ki, ortada bir təhdid var idi”, – Tramp deyib.
Məlumata görə, söhbət İrandan qaynaqlanan mümkün sui-qəsd təhdidindən gedib. Tramp başqa təyyarə ilə Türkiyədən ayrılıb, Air Force One isə onun hələ də göyərtədə olduğu görüntüsünü yaradıb.
Oğuz