"Putinlə görüş mənim üçün arzuolunan olmasa da..." - Zelenski

Ukrayna Rusiya ilə liderlər səviyyəsində birbaşa danışıqlara hazırdır. Kiyev üçün əsas şərt görüşün konkret nəticə verməsidir.

Sep 21, 2026 - 23:19
"Putinlə görüş mənim üçün arzuolunan olmasa da..." - Zelenski

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenski Vladimir Putinlə görüşməyin onun üçün arzuolunan olmadığını desə də, praktiki nəticə və təhlükəsizlik zəmanətləri olacağı təqdirdə belə görüşü nəzərdən keçirə biləcəyini deyib.

O, Putini Ukraynanın düşməni adlandıraraq, Rusiyanın ölkəsini işğal etmək məqsədini davam etdirdiyini bildirib.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov da Ukrayna və ABŞ-nin iştirakı ilə üçtərəfli danışıqların keçirilməsinə ümid etdiklərini açıqlayıb.

Səlcuq