"Qarabağ" - "Dinamo" matçı - Hansı kanalda?
Bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
SAVASHMEDİA.az xəbər verir ki, “Qarabağ” Bakıda Kiyev “Dinamo”sunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Matç CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, komandalar arasında ilk görüş “Dinamo”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oğuz