Rusiya yeni "Moskviç"lərin istehsalına başlayır

Rusiyanın “Moskviç” avtomobil zavodu yeni layihəyə start verib. 

Oct 15, 2025 - 14:24
Rusiya yeni "Moskviç"lərin istehsalına başlayır

SAVASHMEDİA.az xəbər verir ki, müəssisə bu ilin sonuna qədər yeni M70 modelinin genişmiqyaslı istehsalına başlayacaq.

M70 modelinin ilk avtomobillərinin yığımına dekabr ayında start veriləcək və 2026-cı ilin əvvəlində diler şəbəkəsinə çatdırılacaq.

Məlumata görə, Rusiyanın “Moskviç” zavodunun yeni layihədəki tərəfdaşı Çinli SAIC konsernidir.

Aytən