Sabah iki rayonda qaz kəsiləcək – Saat 10-dan
Sabah Masallı və Astara rayonlarının bəzi yaşayış məntəqələrində təbii qazın verilişi müvəqqəti dayandırılacaq.
SAVASHMEDİA.az-a bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, payız-qış mövsümünə hazırlıq çərçivəsində aparılan təmir-bərpa işləri ilə əlaqədar iyunun 30-da saat 10:00-dan işlər başa çatanadək Masallı rayonunun Hişkədərə, Astara rayonunun isə Pensər, Kakalos, Bala Şahağacı və Qamışoba kəndlərində qaz təchizatında müvəqqəti fasilə olacaq.