Şahin Mustafayevin erməni sinif yoldaşı danışdı - "Adını sonradan dəyişib, əsl adı..."
Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfəri günün əsas mövzusudur.
Sözügedən səfər və əldə edilən razılaşmalar həm ölkəmizdə, həm də Ermənistanda böyük marağa və disskusiyalara səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, erməni mediası Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin sinif yoldaşı, Noyamberyan rayonunun Cucevan kəndi sakini Qarik Harutyunyandan müsahibə alıb.
Həmin müsahibədən bəzi hissələri təqdim edirik:
Fotoda: Qarik Harutyunyan
"Mən onun uşaqlıq dostuyam, sinif yoldaşıyam, o, Yerevana oxumağa gedənə qədər bir kənddə yaşamışıq. Onu çox yaxından tanıyıram. Onlar köçəndə buradakı evlərini yaxşı pula satdılar və Ermənistandan dinc şəkildə ayrıldılar. Onun əsl adı Şahendir. Adı Azərbaycana köçdükdən sonra dəyişdirilib ki, Ermənistanla heç bir əlaqəsi olmasın", - Qarik deyib.
Mustafayevlə görüşmək istəyib-istəmədiyi soruşulduqda, Qarik Harutyunyan belə cavab verib: "Xəbərlərdən eşitdim ki, o, Cücevana gəlmək istəyir. Amma mənim onunla görüş üçün xüsusi bir istəyim yoxdur. Ancaq onunla görüşə bilsəydim, keçmiş günlərimizi xatırlayardıq".
Qeyd edək ki, Şahin Mustafayev bu gün Ermənistana gedib. Mustafayev Azərbaycan və Ermənistan arasında Dövlət Sərhədinin Demarkasiyası üzrə Dövlət Komissiyasının sədridir. Bu, onun Yerevana ilk səfəridir. Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan və Şahin Mustafayev Ağverəndə görüşüblər. Tərəflər işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə ticarət-iqtisadi əməkdaşlığın inkişafı, qarşılıqlı mal və xidmətlərin tədarükü, eləcə də tranzit daşımaları ilə bağlı məsələlər ətrafında müzakirələr aparıblar.
Oğuz