Başı gicəllənib yıxıldı - Flora Kərimova necədir?
"İki ay əvvəl evdə yıxıldım, qolum sındı".
SAVASHMEDİA.az xəbər verir ki, bunu teleqraf-a açıqlamasında Xalq artisti Flora Kərimova səhhətindən danışarkən deyib.
"Başım gicəlləndi, yerə yıxıldım, nəticədə qolum zədələndi. Uzun müddət əziyyət çəkdim, iki ay oturaq vəziyyətdə yatmalı oldum. İndi vəziyyətim yavaş-yavaş yaxşılaşır. Hər gün səhhətimdəki müsbət dəyişiklikləri hiss edirəm və bu məni ruhlandırır. Artıq əlimi tədricən daha sərbəst hərəkət etdirə bilirəm, əvvəlkindən daha yaxşıyam", - Xalq artisti əlavə edib.
Qeyd edək ki, F.Kərimovanın 85 yaşı var.