Dodaq oxuyucudan sensasiya - "Putin belə istəyir, mən narahatam"
Tanınmış dodaq oxuyucu (dodaq hərəkətlərini sözə çevirən mütəxəssis -red) Nikola Hiklinq ABŞ prezidenti Donald Trampla Britaniya kralı III Çarlz arasındakı söhbətin məzmununu açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Donalıd Tramp Ağ Evdə keçirilən görüşdə həm özünə qarşı edilən son sui-qəsd cəhdindən, həm də Ukrayna ətrafındakı vəziyyətdən danışıb.
Nikola Hiklinqin iddiasına görə, Tramp söhbət zamanı “Mən indi Putinlə danışıram... O, müharibə istəyir... Mən bundan narahatam” deyib. ABŞ prezidenti baş verənlərin xoşuna gəlmədiyini bildirib və vəziyyətin daha da gərginləşə biləcəyi ilə bağlı narahatlığını ifadə edib.
Kral III Çarlz isə söhbəti daha neytral istiqamətə yönəltməyə çalışıb. O, bir neçə dəfə “Bunu sonra müzakirə edərik” və “başqa vaxt danışarıq” kimi ifadələr işlədib.
Oğuz