“Sobsan” boya fabriki suyumuzu belə zəhərləyir - Video
Zöhrab, Cavid, Araz Səbzəliyev qardaşlarının sahib olduqıarı “Sobsan” boya fabrikinin daha bir qanunsuzluğu ictimailəşib.
“Sobsan” boya fabriki ekologiyanı korlayıb, çirkli suları gölə axıdır.
Qeyd edək ki, Zöhrab, Cavid, Araz Səbzəliyev qardaşlarına məxsus olan “Sobsan” Azərbaycanın ilk boya fabrikidir.
Şirkətin təsisçisi Cavid Səbzəliyev həmçinin “Technol” markalı yağların istehsalçısıdır.
Şirkət Qafqaz regionunun ən böyük boya və boya xammalı fabrikidir. Şirkətdə 500-dən çox işçi çalışır. Əslində “Sobsan” boya fabriki qardaşların təsis etdiyi “Rəmzi-S” MMC-yə məxsusdur. Bu fabriklə bağlı daxil olan şikayətlərə baxanda adam dəhşətə gəlir. Bu qədər şikayətmi olar?
Bu fabrik boya istehsalı zamanı yaranan və ətraf mühit üçün ziyanlı olan xeyli kimyəvi maddələri su hövzələrinə axıdır.
Onu da əlavə edək ki, “Sobsan” boya fabrikinin sahibləri olan Səbzəliyev qardaşları o qədər varlanıblar ki, artıq mühüm vəzifələrə qohum-əqrəbalarını yerləşdirirlər.
Məsələn, sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə qohum olan qardaşlar öz əmisi qızları Gülnaz Dadaşovanı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin etdiriblər.
Ekologiya.az