“Survivor 2025”in yarışmaçısına 12 il həbs cəzası – Təcili ölkədən çıxdı + Foto

“Survivor Türkiye 2025”in məşhur yarışmaçısına 12 il həbs cəzası verilib.

Jun 3, 2025 - 14:10
“Survivor 2025”in yarışmaçısına 12 il həbs cəzası – Təcili ölkədən çıxdı + Foto

SAVASHMEDİA.az xəbər verir ki, məhkəmənin qərarı Hikmet Tuğsuzun ailəsinə təqdim edilib.Tuğsuz fərari elan edilməmək və cəza endirimindən yararlanmaq üçün yarışmanı və yarışmanın keçirildiyi Dominikan Respublikasını tərk edib.

Hikmətin yarışmadan çəkildiyini verilişin aparıcılarından Murat Ceylan elan edib:

“Gördüyünüz kimi Hikmət yarışmada yoxdur.Hikmətin ailəsi bizə müraciət edərək onunla danışmaq istədiklərini bildirdi. Bu danışıqdan sonra məlum oldu ki, şəxsi səbəblərdən yarışmaya davam edə bilməyəcək.Sizinlə vidalaşmağa da gələ bilməyəcək. Önəmli bir məsələ idi. Hətta son hədd idi. Təəssüf ki, finala bir neçə gün qala bu səbəblərə görə, Hikmətin istəyini qəbul etməli olduq”.

Xatırladaq ki, Hikmet Tuğsuz 2023-cü ildə Bayram D adlı şəxsi zopa ilə döyüb və haqqında “silahla qəsdən yaralama” maddəsi ilə iddianamə hazırlanıb. Tuğsuz ötən Culia Ç adlı şəxsin 45 milyon lirəlik villasının satışında dələduzluq edib. Məhkəmə iki işlə bağlı ona 12 il həbs cəzası verib. Tuğsuz Türkiyəyə girən kimi həbs ediləcək.

Banu

Fotoda: Hikmet Tuğsuz