Niderland hökuməti dağıldı

Qərb ölkələrinin əksəriyyətində siyasətçilərin və seçicilərin əsas probleminə çevrilən miqrasiya məsələsi çərşənbə axşamı Niderland koalisiya hökumətinin dağılmasına səbəb olub. 

Jun 3, 2025 - 13:47
Niderland hökuməti dağıldı

SAVASHMEDİA.az xəbər verir ki, Azadlıq Partiyasının (PVV) yaradıcısı və lideri Gert Vilders “X” platformasında partiyasının koalisiyadan çıxdığını elan edib.

“Der Telegraaf” isə yazır ki, PVV-nin üzvləri – beş nazir və dörd dövlət katibi hökuməti tərk edəcəklər.

Bu addım koalisiyaya daxil olan digər üç partiyanın PVV-nin miqrasiyanı məhdudlaşdırmaq planını dəstəkləməkdən imtina etməsindən sonra atılıb.

Bu o deməkdir ki, indi Niderlandda növbədənkənar seçkilər keçirilməlidir.

Xatirə SADİQ