"Turan Tovuz" - "Fənərbağça" oyunu nə vaxt, hansı stadionda - HƏR ŞEY BİLİNDİ
Bilindiyi kimi "Turan Tovuz" və "Fənərbağça" komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.
SAVASHMEDİA.az xəbər verir ki, görüşün tarixi və keçiriləcəyi məkan barədə klub rəsmisi Nəsimi Paşayev Offsideplus.az-ın sorğusunu cavablandırıb.
"Müzakirələr arasında Gəncə və bir neçə şəhər stadionları var idi. Artıq qərar verilib. Görüş Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirikəcək".
Paşayev görüşün vaxtının da bəlli olduğunu bildirib:
"Hansısa problem çıxmasa, işlər yolunda getsə, oktyabrın 3-ü keçiriləcək".