Ukrayna Rusiyanın 18 vilayətinə hücum etdi
Gecə saatlarında Rusiyanın bölgələri üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 553 dron vurulub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ukrayna ordusu hücum zamanı Novqorod, Kursk, Bryansk, Belqorod, Kaluqa, Smolensk, Tver, Pskov, Oryol, Tula, Lipetsk, Kostroma, Ryazan, Rostov, Leninqrad, Moskva, Krasnodar və Stavropol vilayətlərini hədəfə aldı.
Hava hücumu Ukraynanın işğal edilmiş Krım yarımadası, Qara və Azov dənizlərini də əhatə edib.