Ukraynalı hakerlər ruslara müharibə itkilərini göstəriblər 

Avqustun 24-də axşam saatlarında kibermütəxəssislər Rusiya televiziya provayderlərindən birini “sındıraraq” Ukraynaya qarşı müharibədə Rusiya ordusunun itkiləri və benzin çatışmazlığı ilə bağlı videoçarx nümayiş etdiriblər.

Aug 25, 2025 - 15:33
Ukraynalı hakerlər ruslara müharibə itkilərini göstəriblər 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə hromadske nəşri məlumatlı mənbələrinə istinadən məlumat yayıb.

Rusiyada benzin qıtlığı və müharibədəki itkilərlə bağlı videoçarx Rusiyanın 116 telekanalında nümayiş etdirilib. 

Bundan başqa, hakerlər provayderin administratorlarının serverlərə girişini əngəlləyə biliblər. Bu, onların “partizan” videosunun yayımını dayandırmasını çətinləşdirib. 

Bu səbəbdən Moskvadan və Rusiyanın digər bölgələrindən ən azı 50 min abunəçi 3 saatdan çox ardıcıl olaraq Rusiya neft emalı zavodlarında partlayışları və rus əsgərlərinin dəfn mərasimlərini əks etdirən videolara baxmalı olub.

Belə videoların yayımı əlavə olaraq “Apple Store”, “Google Play” və “Smart TV” proqramları, eləcə də digər kabel şəbəkələri vasitəsilə nümayiş etdirilib.

Xatirə SADİQ