Verilişi bağlanan Xoşqədəm kartof əkir - VİDEO paylaşdı

Bir müddət əvvəl verilişi dayandırılan tanınmış aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada diqqət çəkən paylaşım edib.

Apr 22, 2026 - 12:09
Verilişi bağlanan Xoşqədəm kartof əkir - VİDEO paylaşdı

SAVASHMEDİA.az xəbər verir ki, aparıcı şəxsi həyətində kartof əkdiyini açıqlayıb. 

O, paylaşdığı videoda yalnız kartofla kifayətlənmədiyini, müxtəlif meyvə, tərəvəz və gül-çiçək əkini ilə məşğul olduğunu da bildirib.

Xoşqədəm Baxşəliyevanın bu addımı izləyicilər tərəfindən maraqla qarşılanıb və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Xatırladaq ki, son dövrlərdə Azərbaycan televiziyalarında bayağı məzmunun artması və etik normaların pozulması ictimai narazılıq doğurub. Bu səbəbdən bir sıra verilişlərin yayımı dayandırılıb.

Həmin layihələr arasında Səni axtarıram verilişi də yer alıb. Proqram ARB telekanalı vasitəsilə yayımlanırdı və aparıcısı Xoşqədəm Baxşəliyeva idi.

Aytən