10 ölkə Ukraynaya qoşun göndərəcək

Ona yaxın ölkə mümkün təhlükəsizlik zəmanəti kimi Ukraynaya qoşun göndərməyə hazırdır.

Aug 20, 2025 - 02:37
10 ölkə Ukraynaya qoşun göndərəcək

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Kiyev üçün hazırlanmaqda olan təhlükəsizlik təminatlarının birinci mərhələsi Ukrayna hərbçilərinin təlim keçməsi ilə bağlıdır.

Mənbənin bildirdiyinə görə, əsasən Avropa hərbçilərindən ibarət “çoxmillətli qrup”un Ukraynada cəbhə xəttindən uzaqda yerləşdirilməsi planlaşdırılır.