ABŞ-nin Ukraynadakı səfiri istefa verdi - Bayden təyin etmişdi 

ABŞ-nin Ukraynadakı səfiri Bridcet Brink tutduğu vəzifədən istefa verib.

Apr 10, 2025 - 23:50
ABŞ-nin Ukraynadakı səfiri istefa verdi - Bayden təyin etmişdi 

SAVASHMEDİA.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Bridcet Brinkin istefasını təsdiqləyib.

Qeyd olunur ki, Brink ABŞ Prezidenti Donald Trampın vəzifəyə başlamasından sonra Dövlət Departamentini tərk edən ən yüksək səviyyəli diplomatdır.

Brink bu vəzifəyə ABŞ-nin keçmiş prezidenti Co Bayden tərəfindən təyin olunmuşdu və 2022-ci ilin mayından Kiyevdə səfir vəzifəsində çalışıb.