Alim Qasımov duetə görə Üzeyirdən pul alıb? - Allaha and içdi ki...
Sosial şəbəkələrdə Xalq artisti Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə duetə görə ondan 1 milyon manat aldığı barədə iddialar yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, söhbət sənətçinin Üzeyir Mehdizadə ilə birlikdə oxuduğu “Bu dünyanın nəyindən narahatsan” mahnısından gedir.
Xalq artisti isə yayılan iddiaları əsassız adlandırıb.
“Üzeyir gəlib mahnını mənə oxutdurdu, sözləri məni tutdu. Bundan sonra oxumaq qərarına gəldim. Nə ödəniş? Allah haqqı, heç bir ödəniş almamışam”, – Alim Qasımov oxu.az-a bildirib.
Aytən