Azərbaycanda ardıcıl 11 gün iş olmayacaq - TARİXLƏR

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, mart ayında iş və qeyri-iş günlərinin ardıcıllığı dəyişdirilib.

Feb 4, 2026 - 00:36
Feb 4, 2026 - 00:38
Azərbaycanda ardıcıl 11 gün iş olmayacaq - TARİXLƏR

SAVASHMEDİA.az xəbər verir ki, bu il 8 Mart - Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən, növbəti gün, yəni 9 Mart qeyri-iş günü elan edilib.

Novruz bayramı ilə əlaqədar olaraq 20, 21, 22, 23 və 24 mart qeyri-iş günləri hesab olunur. 21 və 22 mart şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25 və 26 mart da qeyri-iş günləri hesab olunur.

Bundan əlavə, Ramazan ayı 20 və 21 martda qeyd olunacaq. Ramazan ayı Novruz bayramı ilə üst-üstə düşdüyü üçün hökumət 27 və 30 mart tarixlərini də istirahət günləri elan edib.

Beləliklə, 20-30 mart tarixlərində ölkədə bir gün də olsun iş günü olmayacaq.

Oğuz