"Azercell" və ABB müştərinin 20 manatına qalıb? - ŞİKAYƏT

“Azercell” və “Azərbaycan Beynəlxalq Bankı” müştərinin 20 manatını geri qaytarmaq istəmir.

May 1, 2025 - 18:14
May 1, 2025 - 18:15
"Azercell" və ABB müştərinin 20 manatına qalıb? - ŞİKAYƏT

SAVASHMEDİA.az xəbər verir ki, problem yaşayan müştəri Tofiq Balıyevdir. 

O bildirib ki, “Azercell” nömrəsinin balansını ABB tətbiqi ilə artırmaq istəsə də, pulundan olub:

“Aprel ayının 24-ü “Azercell” nömrəmə ABB tətbiqi ilə 20 azn balans yükləmişəm. Təsdiq sms gəlmədi. İndi “Azercell” deyir ki, ABB-likdir. ABB isə deyir ki, bizlik deyil, ödəniş olub, problem “Azercell”dədir. Hər ikisinə də ayıb olsun! Arada mənim 20 manatım getdi”.

Tərəfləri dinləməyə hazırıq.