Bu tarixdə qısa iş günü olacaq 

Azərbaycanda 30 dekabr qısa iş günü olacaq.

Dec 25, 2025 - 17:37
Bu tarixdə qısa iş günü olacaq 

SAVASHMEDİA.az xəbər verir ki, 31 Dekabr tarixində ölkəmizdə Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd olunur.

Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günündən əvvəlki iş günü bir saat azaldılır.

Beləliklə, dövlət və özəl müəssisələrdə 30 dekabr (çərşənbə axşamı) iş vaxtı adi günlərə nisbətən bir saat daha az olacaq.

Qeyd edək ki, 1,2,3,4 yanvar tarixləri də qeyri-iş günləridir.